BAZAN MAVİ SEMALARDA

BAZAN MAVİ SEMALARDA

Bəzən mavi səmalarda,buludların arxasında bəlkə daha da uzaqlarımızda bir sən yaşadığını düşünürsən.Aradakı məsafələr böyüyür,sən səndən uzaqlaşırsan.Özünə yadlaşarkən sevdiyin rəngləri unudur,başqa nəğmələrdə göz yaşı tökür və başqa sevinclərdə gülümsəyir üzün.Aynaya baxarkən göz gözə gəldiyin o insan səndən başqası deyilsə belə sənə ən uzağın kimi gəlir.Qəlbin bir buz parçası olur.İsidəcək baxışlardan uzaqsan. Çünki sən ən sevdiyin maviləri buzlara həsr etmisən.ASənin sarıların günəşdən keçib,solğun payız yarpaqlarına sığınıb.Bəyazların günahlarında kirlənib.Soyuqlarının səbəbi nə yağan qardır,nə də çıxmayan Günəş.Yağan yağışlar da bilir qəlbinin soyuqluğunun səni üşütdüyünü.Çünki sən yağışın altındaykən ağlaya bilmirsən artıq.Bir vaxtlar ovuclarında böyütdüyün güllərin solub,tikanlar batır ruhuna.Uçmaq istəyirsən heç kəsin bilmədiyi diyarlara.Qanadın qırıq deyil,yoxdur sənin qanadların.Sən bunu bilirsən.Səhərləri görməyə ümidini itirdiyini bildiyin kimi.Heçkəs onun indi hansı dünyalarda olduğunu anlaya bilməzdi.Nə də kimsə onun düşüncələriylə başa çıxa bilərdi.Bəlkə güllərin içində kəpənəkləri qovalayırdı içindəki uşaq.Və bəlkədə bir tərəfi qaranlıqların arasında işıq axtarırdı.Onun nəfəs alışlarındaki mənaları bilmək mümkün deyiliydi.Nəfəs almaqdan yorulan insanı anlamaq çətindir əlbət.Yatağın altındaki qutunu çıxartdı və əlindəki yenicə yazmış olduğu məktubu onun içinə qoydu.Qutunu yerinə yerləşdirdikdən sonra pencərəsinin önünə  gəlib həyəti izləməyə başladı.Balaca qızcığazın yeni gəlinciyinin saçlarını daradığını gördükdə üzü gülümsəyirdi.Uşaqlar yenə qaçışır,oyunlar oynayırdı.Uşaqların səs-küy elədiyini görən qoca onların üstünə bərk çığırmışdı.Balaca qızın anası gəlmişdi.Qızının donunu kirlətdiyini görəndə əsəbləşdi və onun əlindən dartaraq evə apardı.Qızcığazın gözyaşları qırmızı yanaqlarından süzüləndə qolunun incitdiyini düşünmədi.Çünki onun gəlinciyinin əlindən düşdüyünü görmüşdü.Və indi onun əlindən dartan anası gəlinciklə arasına məsafələr qoyurdu.Artıq onlar gözdən itmişdi ama gəlincik düşdüyü yerdə idi.Öncə onu onu ordan götürüb sahibinə vermək istədi.Sonra isə bunun lazımsız olduğunu düşündü.Çünki o bilirdiki balaca qızın atası  bugün işdən qayıdarkən ona çoxlu oyuncaq alacaqdı hər zaman olduğu kimi.Gəlincik isə unudulacaqdı.Hərşey unudulurdu.Gözyaşı tökdüyümüz hərşeyi unuduruq bizlər.Unudaraq yaşayırıq,yaşadıqlarımızı unuduruq.Gələcəkdən xəbərsiz dünənlərimizi unuduruq.Məhz buna görədə pərdəni çəkib yerinə uzandı.Unutmağa çalışdı hərkəs kimi.Olanları,yaşadıqlarını,sabahı,bugünü...Unudacaqlarının ardında xatırlayacağı birşeyin qalmadığını anladı.Bir daha anladıqlarıyla susdu.Qəlbindəki bir ümid daha ondan uzaqlaşdı.Günəşin ilk şəfəqləri otağını aydınladarkən gözlərini yavaşca araladı.Elə bu zaman anası içəri girdi və qızını möhkəmcə qucaqladı.Onun qollarında rahatlıq tapsada bu qucaqlamanın səbəbinin adi olmadığını anladı.Ətrafına baxanda dərman qutularının çəkməcəsinin üzərinə səpələndiyini gördü.Bu gecədə Tanrı onu ölümün qoynundan çıxarıb anasının qollarına buraxmışdı bu səfərdə.Anasının ona tez-tez necə olmasıyla bağlı verdiyi suallara onu rahatlatacaq şəkildə cavablar versə belə özünü yaxşı hiss etmirdi.Sonunda anasına tək qalmaq istədiyini bildirdi.O da qızının alnından öpüb ona gülümsəyərək otaqdan çıxdı.Dərindən nəfəslər almağa başladı.Otağın havasız olduğunu düşündüyü üçün pəncərəni sonuna qədər açdı və havanı içinə çəkməyə çalışdı.Bir neçə dəqiqə sonra nəfəsi biraz düzəlmişdi.Anasının dediklərini xatırladıqda paltarlarını dəyişdi və aşağıya endi.Bugün həkimə gedəcəkdilər.Müalicənin nəticəsinin yaxşı olub olmadığını bugün öyrənəcəkdilər.Atası isti çörəyi msanın üzərinə qoyub qızının saçlarını qoxlayaraq öpdü.Heçkəs danışmırdı.Sükunətlə davam edən dəqilərdən sonra xəstəxanaya getmək üçün yola çıxdılar.Çatanda qızının əlini bərk tutan ana ona güvən vermək istəyirdi.Lakin o da bilirdiki ümidlər tükənib.Sadəcə olaraq ana və ata övladlarından daha öncə öləcəyini düşünür hər zaman.Ama ölüm qaçınılmazdır.Öncəsizdir,sonrasız olduğu kimi.Qırmızı və sarı gülləri görəndə qəlbinin böyük bir ümidlə dolduğunu hiss edirdi.Lakin titrəyən ayaqları o güllərin yanına gedə biləcək qədər güclü sayılmazdı.Həkimin otağında keçən 15 dəqiqə saatlar kimi gəlirdi ailə üçün.Onun qəlbindəki balaca ümid işığı indi gözlərinə də yansıyırdı.İçindən uzun zamandır söyləmədiyi cümləni dəfələrlə təkrar edirdi.”Hərşey yaxşı olacaq”.Lakin olub olmayacağı hələki bilinmirdi.Sonunda əlində kağızlarla içəri daxil olan adam ağ önlüyünün cibinə qələmini qoydu.Yerinə keçib kağızları bir daha nəzərdən keçirdi.Eynəyini çıxardıb masanın üzərinə qoyduqdan sonra səs tonuna diqqət edərək sözə başladı.”Biz bu müalicəyə başlamadan əvvəldə sizə gecikdiyinizi bildirmişdik.Müalicənin müsbət nəticə göstərməyəcəyi ehtimalı da var idi.Bütün bunlara baxmayaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.Lakin təəssüflər olsun ki xəstəlik ilərləyib.Edə biləcək birşey qalmadı artıq.Bugündən sonra burada müalicəyə davam edəcəyik.Daha   da çox inkişafının qarşısını almaq üçün ”.Bütün səslər susdu bir anda.İndi o qarşısında hönkürtüylə ağlayan anasını da,onu təsəlli etməyə çalışarkən öz gözyaşlarını əlinin tərsiylə silənn atasını da görmürdü.Nə də bu mənzərə qarşısında gözləri dolan insanları da görmürdü.Otaqdan çıxdı.Ağır adımlarla xəstəxananın həyətinə,biraz əvvəl gördüyü güllərin yanına gəldi.”Güllər solarkən ömürlər bitir.Mənim ömrüm bir nəfəs alışım və birdə almayışımın arasındadı.Mən ölmədən öncə solmayın.Məndən əvvəl tərk etməyin rənglərinizi”.

23 gün olmuşdu.Hər keçən gün digərindən daha çətin,daha ağır olurdu.Səhərə qədər davam edən qızdırma onun nəfəs almasını mümkünsüz hala gətirirdi.Bəzən sayıqlayırdı,bəzən isə uzun uzun baxırdı bir nöqtəyə.1 həftə daha keçdi beləliklə.Uşaqlığında sevinclə gülən mavi gözlər,indi dibsiz bir quyu kimiydi.Dəniz baxışlı qız öz dənizində boğulurdu hırgün.Yaşamaq çətinləşdikcə ölümü arzulayan qəlbi sızıldayırdı.Bir qış çökmüşdü qısacıq ömrünə.Nə baharın xoş təravəti varıydı nə işıqlı Günəş.Ay da üz çevirmişdi sanki.Payız sarı yarpaqlarını almışdı qoynuna başqa ömürlərə saaxlıyırdı.Dərin nəfəslər aldı Dəniz.Son dəfə bütün gücünü toplayıb qalxdı ayağa.Oradaki hərkəsə həyətə düşmək istədiyini dedi.Öncə heçkəs razı olmasada qızının yalvarışına dözmədi ana ürəyi.Kömək edərək onu güllərin yanına apardılar.”Soldular”dedi sağ əli boşalaraq yamına düşərkən.Dərin dərin nəfəslər alarkən “Soldular” deyə təkrar etdi.Gözləri Günəşə kor oldu sanki.Həryer qaraldı,səslər qısıq qısıq eşidilirdi.Sonunda tarazlığını itirib yerə yıxıldı.Nəfəssiz qaldı,çarəsizcə kömək istəməyə başladı.Tamamən gücünü itirdi sonunda.Onu otağına aparıb aparata qoşdular.Nəfəs alması biraz düzəldikdən sonra ailəsinə də xəbər verdilər.Qaranlıq düşmüşdü.Gözlərini araladı.Baş ucunda kədərlə ona baxan gözlərə oyanmaq bir insanın sonuna xəbər verirdi.Ata və anası qızlarının oyandığını görüb onun yanına getdilər.Atası  sarı saçlarına sığal çəkirdi qızının.Anası gözyaşlarını gizlədib  əllərindən öpürdü.Gücü tükənmişdi Dənizin.Var olmaqla olmamaq arasındaki incə xətt üzərindəydi.Nağıllardaki kimi bir varıymış,bir yoxuymuş Dəniz.Ölümün soyuqluğundan üşüyər,anasının isti qucağına sığınarmış.Kədərli sözlərdən bezər,atasının şirin sözlərində qurarmış xəyallarını.Bir gecəymiş,bir gündüzmüş Dəniz.Bir ulduzmuş Dəniz səmada.Saysız hesabsız ulduzlardan biriymiş.İndi sönür o ulduz.Bu gecə göylərin yası var.Bu gecə ölümlə həyatın son rəqsiydi.Pərdələr qapanarkən bitəcəkdi həyatlar.Yuxuydu bəlkədə bu olanlar.Az sonra gerçəklərə oyanacaqdı.Bəlkə həyat yalan idi.Yaşamaq üçün ölmək lazım idi bəlkədə.Son səhnəsiydi bu gecə Dənizin.Aydın səhərlərdən çox uzaqdaydı cismi.İki ovcunu açaraq atası ilə anasına gülümsəməyə çalışdı.”İndi siz mənim ovcumdan öpəcəksiniz və siz məndə əbədi yaşayacaqsınız.Çünki ovuc içlərindən öpdüyün biri sənin qəlbində yaşayır.Sən güləndə gülür,ağlarkən ağlayır.Getmir,gedə bilmir uzaqlara.”Çarəsizcə qızlarının ovuc içlərinə saysız öpüşlər bəxş etdi ata və ana.Gözyaşları ovucunda quruyan qızları üçün dualar etdilər qəlblərində.Ancaq Tanrı bu gecə Dənizi yanına alacaqdı.Həyat mələkləri öz qələmini ölüm mələklərinə vermişdi.Dəniz yorulmuşdu bu hekayədə.Göydən 3 alma düşmürdü yerə və keçən hərgün gözlərdən yaşlar tökülürdü.Dağlar,dərələr,təpələr düz gedilirdi sonu xoşbəxtliyə çıxmırdı.Dibsiz quyulara ip atılmırdı.Quyuya düşən orada can verirdi.Nə bu dünya nağıllar üçün saf və təmiziydi,nədə ki nağıllar dünyalara yol tapmırdı.Dəniz gözlərini yummuş,ağrılarını dindirirdi.Ruhu cismini tərk edərkən üşümürdü artıq.Həryer qaranlıq deyiliydi.Günəş olmadan aydınlanırdı ətraf.İndi onun olduğu yerdə çiçəklər solmurdu.Hərgün insanları izlədiyi pencərəsi yoxuydu bəlkə ama insanlar haqqında öyrəndiyi hərşey ağlında və otağındaki balaca qutunun içindəydi.Bir ulduz sönmüşdü dünyanın səmasında.İndi bir ulduz parlayırdı olduğu yerdə.Dənizin dalğaları yamyaşıl bağları oyadırdı.Bu gecə həm bir son idi,həm başlangıç.

Qızlarının ölümündən aylar keçmişdi artıq.Hər günləri kədərlə keçən ailənin tək təsəllisi qızlarının son dəfə onlara gülümsəməsi olmuşdu.Onlar tez tez Dənizin otağına gedir,əşyalarını qoxlayırdılar.Günlərlə qızının yatağında yatan ana,gözlərinə yuxu getməyən həyat yoldaşından daha yorğunuydu bəlkədə.Birgün ata Dənizin yatağının altında bir laqutu tapır.Qutunu açdıqda orada məktublar olduğunu görərək tez xanımını səsləyir.Təlaşla onun yanına keçən ana qutunu gördükdə nəysə xatırlayır.”O hərgün pəncərəsindən çölü izləyər sonra isə kağıza nəysə yazardı.Bəlkədə yazdıqlarını ora qoyub”.Ata məktublardan birini alaraq titrək səslə oxumağa başladı.

“Yaşamaq hərkəs üçün fərqlidir.Biri sevərkən yaşaya bilir,digəri sevilmədən də yaşayır.Xəyal qurmaqdan ibarət ola bilir yaşamaq,ya da bütün möcüzələrdən uzaq.Zamanı durduraraq atan qəlblərə inad yaşamaqdan sıxılan insanlar da var əlbət.Və bütün bu mənalardan kənar sadəcə nəfəs almaqdır yaşamaq.Mən bunu öyrəndim.Bir qaranlıq gecənin sonunda Ay çıxarkəndə,Günışin işıqları üzümə düşdüyündədə.Külək var gücüylə əsərkən aldı ağacın bir budağını yerə atdı.Sonra ağacdan üzr istədi.Bu qədər bəsitləşmişti çünki qəlb qırmalar.İndi daha aciziydi kəlmələr.İnsanlar...Onlar qəribədirlər.Biri digərinin önünə keçmək üçün qaçır lakin heç biri hara bu qədər tələsdiklərini bilmirlər.Getdiyi mənzilləri unudur,gəldiyi yerləri...Sevgilər sözlərdə əbədi yaşayır könüllərdə qalmır.Heçkim ölmür sevdiyi üçün.Yaşayarkən sənin olan hərşey öldükdən sonra sənin olmur.Ölüm...Bəzilərini qorxuya salır bu kəlmə.Hərkəs öz sonundan qorxur.Hər başlanğıçın bir sonu var bunu bilirlər.Daha uzun bir ömrüm olsaydı edəcəyim tək şey insanlara onları anladmaq olardı.Anlayacaqlarını ümid edirəm.Son gününüz kimi yaşayın hər günü.Gülməyə çalışın.Çətindir diyə vazkeçməyin yaşamaqdan.Sevilmədiniz deyə sevməkdən bezməyin.Sizi siz edən hərşeyə sahib çıxın.Gözünüzün yaşını silərkən,səhvinizi anlayın öncə.Özünüzə aid çox şeyiniz olsun.Öncə özünüzü sevin.Sonra qəlbinizi əmanət edin birinə.Ruhunuzu incitməyin.Hər günün qədrini bilin.Çox şey var o pencərənin digər hissəsində.Sadəcə görməyə çalışılmalıdır.Ayaqlarınızı itirmiş olsanız belə addımlar atın sabaha.Gözləriniz görmür deyə küsməyin dünyaya.Yada danışa bilmirsə diliniz susaraq nağıllar söyləyin.Göyə sığmayın,yerlərə enməyin.Gün gələrdə tərk edərsəniz dünyanı xatırlanmaq üçün bişeylər edinÖlümdən deyil,unudulmaqdan qorxuram mən.Birgün mən heç olmamışam kimi davam edərsə bu dünya ölməmək istəyirəm Tanrım.Unudulmamaq istəyirəmİndi isə əlvida”

 Ata və ana qızları üçün nə etmək lazım olduğunu anlamışdı.Bu məktub sahiblərini tapacaqdı.Minlərlə Dəniz olacaqdı qəlblərdə.Dəniz qütb ulduzu olmuşdu səmada.Qəlbinizi aydınlatmışdı,ruhunuza toxunmuşdu bəlkədə.Bütün ulduzların sizin olması diləyi ilə... Leman Sadıkzade

 

Güvenlik Kodu *
CAPTCHA Image